21 May 11:03
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1.İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı

2.“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi

3.“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

4.“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) -“Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

5.Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

6.Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

8.Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

9.Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

10.“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi

11.İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)


Müəllif: Tapdıq Qurbanlı