27 İyun 12:25
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı bir çox insanın hərəkətsizlik səbəbindən risk altında olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı qlobal fiziki fəaliyyət haqqında hesabat dərc edib.

Hesabatda bildirilir ki, 2022-ci ildə 1,8 milyard insan, yəni bütün dünyada yetkin insanların demək olar üçdə biri kifayət qədər fiziki fəaliyyətlə məşğul olmur. Hesabatda yetkinlərdə hərəkətsizlik nisbətinin 2010-2022-ci illər arasında 5 faiz artdığı və artımın bu şəkildə davam edəcəyi təqdirdə 2030-cu ilə qədər hərəkətsizlik səviyyəsinin yüzdə 35-ə yüksələcəyi qeyd edilib. Hərəkətsizliyin böyüklərdə infarkt, insult, 2-ci tip diabet, demans və xərçəng kimi xəstəliklərə səbəb olduğu vurğulanıb. Araşdırmaya əsasən qadınlar daha az hərəkət edirlər.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər