15 İyul 11:15
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu ilin beş ayı ərzində 41608 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.

Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər