16 İyul 10:27
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 15:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start veriləcək.

Teleqraf.com xəbər verir ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq.

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır.

Məlumat üçün bildirək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olacaq.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

***

08:00

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların növbəyə yazılma prosesi müxtəlif yaş qrupları üçün fərqli vaxtlarda aktiv ediləcək.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər