26 Avqust 11:34
3 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın yeni xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması Tehranla müttəfiqliklərinin rəsmiləşdirilməsinə dair gözləntilərində erməniləri yenidən ümidləndirib.

Teleqraf.com xəbər verir ki, iranlı nazir Cənubi Qafqazın ölkəsi üçün geosiyasi və strateji önəmə malik olduğunu bildirib.

“Tarixi, mədəni və coğrafi yaxınlıq bu region ölkələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini ikiqat artırıb”, - Əraqçi deyib.

Erməni politoloq Vardan Voskanyanın sözlərinə görə, İranın bölgədə mövqelərini gücləndirmək səyləri Türkiyə ilə bağlıdır.

“İranın fəaliyyəti üçün ən mühüm motivasiya NATO üzvü olan Türkiyənin bölgəmizdə mövcudluğunun artmasıdır. Bu, təkcə Ermənistan yox, həm də İran üçün əlavə çağırışlar gətirir. Beləliklə, Ermənistan-İran əməkdaşlığı strateji müttəfiqlik forması ala bilər və almalıdır”, - ekspert söyləyib.

Voskanyan etiraf edib ki, İranın bölgədə ən yaxşı və yaxın münasibətdə olduğu, əlaqələri müttəfiqliyə uyğun gələn yeganə ölkə Ermənistandır. O, İranın bölgədə Türkiyəyə qarşı səylərini ikiqat artıracağını iddia edir.

İran və Ermənistanın Azərbaycana, eləcə də Türkiyəyə qarşı birgə fəaliyyətləri kimsəyə sirr deyil. Bu, hələ Birinci Qarabağ Müharibəsində özünü göstərmişdi. 44 günlük Vətən Müharibəsindən sonra isə Tehran bu "gizli müttəfiqliyi" gün üzünə çıxardı, indi bunun sənədlər üzərində rəsmiləşdirilməsi qalır. Yəni ermənilərin İrana olan ümidləri boşuna deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər