26 Avqust 11:58
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqram messencerinin həmtəsisçisi Pavel Durovun Fransada həbsi Qərb ölkələrinin Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı aktual məlumat almaq imkanlarını məhdudlaşdıra bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın “Defense One” portalının analitiki Patrik Taker deyib.

Onun fikrincə, Durov Fransa hüquq-mühafizə orqanlarının əlinə keçdikdən sonra Teleqram da kəşfiyyatın təzyiqinə məruz qala bilər: “Bu, ona gətirib çıxaracaq ki, Qərb ölkələri münaqişə ilə bağlı ən son məlumatlara çıxışlarını itirəcək. Çünki messencer Ukraynadakı döyüşləri işıqlandıran rus hərbi bloqçuları üçün əsas platformadır”.

Taker həmçinin qeyd edib ki, Rusiya Teleqram kanallarının materialları ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) kimi Qərb beyin mərkəzləri üçün dəyərli məlumat mənbəyidir. Oxşar nöqteyi-nəzəri digər amerikalı analitik Samuel Bendet də səsləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər