6 Sentyabr 11:42
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ətin qiymətində müşahidə olunan artım restoran menyularına da ciddi təsir edib.

Teleqraf.com xəbər verir ki, restoran inzibatçıları deyirlər ki, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymətinin artması normal hesab olunur. Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq restoran sahiblərinə sərf etmir. Bu səbəbdən də bəzi menyuların qiyməti 10-15 manat artıb.

Restoranlar arasında elələri də var ki, menyunun qiymətini stabil saxlamaq üçün müxtəlif üsullara əl atırlar. Onlardan biri də menyunun tərkibində dəyişiklik etməkdir.

İnzibatçılar deyirlər ki, ətin qiymətindəki artım menyu qiymətlərinə təsir etdiyindən müştəri bazasında da ciddi azalma var.

Qeyd edək ki, son artımdan sonra dana ətinin 1 kiloqramı 15-19 manat, quzu ətinin isə 1 kiloqramı 20-25 manat arası təklif olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər