10 Sentyabr 11:11
236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin noyabr ayında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işləyən analar üçün bağça önəmlidir:

"Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər