Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan KTN məlumat yayıb.
Məlumata görə, sənədə Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 3-də Belarusa səfəri çərçivəsində imza atılıb.
Yol Xəritəsini iki ölkənin nazirləri - Məcnun Məmmədov və Anatoli Lineviç imzalayıblar.
Belarusun iştirakı ilə Ağdamda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulur.