11:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayılda yol qəzasında ölən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf.com xəbər verir ki, qəzada həlak olan Ədalət Zeynalov "Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

***

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər