Belarus Prezidenti Aleksandr Lukaşenko Antarktidaya səfər etmək istədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Belarusun Antarktika ekspedisiyalarının üzvləri ilə görüşündə bildirib.
“Böyük məmnuniyyətlə, planetimizin bu qütbünü ziyarət edərdim. Bəlkə bir gün orada görüşərik”, - Lukaşenko bildirib.
Belarus lideri orada nələrin olduğunu öz gözləri ilə görmək istədiyini qeyd edib.