Misir Prezidenti Əbdülfəttah əs-Sisi İran xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı Yaxın Şərqdə hazırkı münaqişənin genişlənməsinin və hərtərəfli regional müharibəyə çevrilməsinin yolverilməzliyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir liderinin administrasiyası məlumat yayıb.
“Sisi Misirin mövqeyini bir daha təsdiqləyərək, hazırkı münaqişəni genişləndirməməyə və regionun bütün ölkələri və xalqların təhlükəsizliyi və gələcəyi üçün ciddi nəticələrə səbəb olacaq genişmiqyaslı müharibəyə getməsinə imkan verməməyə çağırıb”, - məlumatda deyilir.
İran oktyabrın 1-də İsrailə ballistik raketlərlə hücum edib. İsrail yaxın müddətdə İrana cavab veriləcəyini açıqlayıb.