17 Oktyabr 15:22
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Edvard Asryan amerikalı həmkarı, general Çarlz Braunla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli məsələlər müzakirə olunub. Hər iki tərəf müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini bildirib.

ABŞ-ın Baş Qərargah rəisi söyləyib ki, ölkəsi Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatlarına dəstəyi davam etdirəcək.

Birgə tədbirlərin davamlılığı da müzakirə edilib, regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər