17 Oktyabr 18:03
2 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 16 bəndi ətrafında razılığın əldə olunduğunu iddia edir. Onların fikrincə, guya saziş 19 bənddən ibarətdir. Absurddur, çünki saziş layihəsinin 16 bənddən ibarət olduğu, 13-nün də razılaşdırıldığı təsdiqlənib. İndi İrəvan müqaviləni yarımçıq imzalamaq istəyir. Azərbaycanla razılaşdırmadan 3 bəndi mətndən çıxarıb Bakıya göndəriblər. Bakı bunu imzalayarmı? Əlbəttə, yox.

Bunu Teleqraf.com-a açıqlamasında Politoloq Elşən Manafov deyib.

Ekspert xatırladıb ki, Prezident İlham Əliyev İrəvanın bu addımını qeyri-konstruktiv və qeyri-ciddi adlandırıb:

"Müqavilənin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü şərtlər məlumdur. Azərbaycan Ermənistanın əsas qanunundan bizə qarşı erməni iddiaları ilə bağlı müddəaların çıxarılmasını tələb edir. Ölkəmizə qarşı ərazi iddiaları qüvvədə qaldıqca sülh müqaviləsinin imzalanmasının perspektiv əhəmiyyəti olmayacaq. Çünki Paşinyandan sonra istənilən iqtidar əsas qanunun bəlli müddəalarına söykənərək, birtərəfli şəkildə bundan imtina edə bilər.

Sülh müqaviləsinin imzalanmasına qədər isə çərçivə sazişi ətrafında razılığa gəlmək olar. Bu zaman sərhədlərin denasifikasiyası ilə bağlı məsələlərin burada əksini tapması mümkündür. Amma bu proses vaxt tələb edəcək.

Ermənistan Konstitusiya dəyişiklikləri ilə bağlı məsələyə daxili və konyunktura maraqlardan yanaşmamalıdır. Çünki burada qonşu dövlətə qarşı ərazi iddiaları var”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər