2 Mart 2015 12:42
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəlik Teleqraf” Media Qrupuna daxil olan 3 sayt – İzvestiya.az, Tabloid.az və Kult.az fevralın 27-dən fəaliyyətini dayandırıb.


“Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı Axar.az-a bildirib ki, sözügedən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil:


“Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa “iqtisadi böhran”la əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, Kult.az, İzvestiya.az və Tabloid.az sahəvi saytlar idi və əvvəllər Publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq”.


A.Camalqızı əlavə edib ki, “Gündəlik Teleqraf”a daxil olan digər saytlar Türkiyə onlayn media modelinə keçməyi məqsədəuygun sayır:

“Digər saytlarımız – Axar.az, Publika.az və Teleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır”.


Müəllif:

Oxşar xəbərlər