Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın martın 13-də Qobustan şəhərində keçiriləcək qəbulunun vaxtı dəyişdirilib.
Teleqraf.com xəbər verir ki, Komitə sədrinin martın 13-də Qobustan şəhərində keçiriləcək qəbulunun vaxtı dəyişdirilərək, 16 mart ilə əvəz olunub. Qəbul zamanı Qobustan rayonu Ağsu, Şamaxı, Göyçay, İsmayıllı rayon sakinlərinin ərizə və şikayətlərinə baxılacaq.
İLHAMƏ