25 May 2015 08:34
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı, Maliyyə Nazirliyinin dəstəyi ilə iyulun 2-3-də Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi forumda yeni sığorta məhsullarının yaradılması, təkrar sığorta, əmlak, kənd təsərrüfatı, avtomobil, bank və həyat sığortası ilə bağlı məsələlər müzakirə ediləcək.

Forumda 250-dən artıq yerli və xarici sığorta şirkətinin, beynəlxalq maliyyə institutunun nümayəndələrinin iştirakı gözlənilir.

2008-ci ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu Qafqazda sığorta və təkrarsığorta bazarlarına həsr edilən ən mühüm tədbir olmaqla, regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.


Müəllif:

Oxşar xəbərlər