Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla iyunun 22-də Kürdəmirdə “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib.
Kürdəmirdəki 3 saylı məktəbdə baş tutmuş seminarda ümumilikdə 25 nəfər iştirak edib.
Açılışda çıxış edən məktəbin direktoru Bayram Cəfərov qonaqları salamlayaraq seminarın bölgə müəllimləri üçün faydalı olacağını vurğulayıb.
Daha sonra Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli də çıxış edərək CASCFEN təmsilçilərinə, həmçinin seminar iştirakçılarına öz xoş arzularını çatdırıb. O, qeyd edib ki, Azərbaycan dövləti hər sahədə olduğu kimi müəllimlərin təcrübə və bacarıqlarının artırılması üçün də şərait yaradır. “Təbii ki, rayon icra hakimiyyəti də bu yöndə təşəbbüsləri hər zaman dəstəkləyir”, – deyə o, bildirib.