25 İyun 2015 23:34
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən hərbi hospitalda Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə zabit və əsgərlərlə görüş keçirilib.

Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ölkəmizin hərb tarixindən danışıb, xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələrinin bu gün də yaşamaqda olduğunu bildirib. O deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğu prosesi yüksək peşəkarlıqla həyata keçirilib. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılıb. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edilib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, müasir hərbi texnika və silah-sursatla təminatı yaxşılaşdırılır, hərbi qulluqçuların sosial müdafiəsi daha da gücləndirilir.

Nümunəvi xidmətinə görə seçilən hərbi qulluqçulara tədbirdə fəxri fərmanlar verilib.

Sonda hər bir əsgərə bayram sovqatı təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər