18 Aprel 2014 12:14
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bü günkü sessiyasında deputat Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin durumundan danışıb.

Teleqraf.com xəbər verir ki, deputat ön cəbhədə yaşayan insanları qəhrəman adlandırıb: “Onlar evlərini tərk etmir, Ermənistanın kəndləri atəşə tutmasına baxmayaraq, insanlarımız ordumuzun yanındadır. Düşmən uşaq-qadın demədən hər kəsi atəşə tutur. Mən cəbhə xəttində yaşayan insanların fikirini çatdırmaq istəyirəm. Söhbət ön cəbhədə yaşayan insanların övladlarının ödənişsiz təhsil almasından gedir. Eləcə də kommunal xidmətlər məsələsində onlara güzəşt tətbiq olunmalıdır. Həmçinin cəbhə kəndlərinə kapital qoyanlara güzəşt edilsin. Bir də hədəfə alına biləcək evlərin hasarı tikilsin. Eləcə də sosial təminat məsələsində onlara yardım olunsun”.

Nemət


Müəllif: