21 İyul 2015 20:00
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssissələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin may ayında müəyyən olunmuş vaxt ərzində sənəd təqdim etməyən abituriyentlərə müraciət edib.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, 11-ci sinfi 2015-ci ildə bitirən abituriyentlər üçün iyulun 21-dən avqustun 19-dək ərizə təqdim etmək üçün imkan yaradılıb.


I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən cari ilin 11-ci sinif məzunları həmçinin kolleclərə də ərizə təqdim etmək hüququna malikdirlər. Bu zaman onlar ikinci ödəmə kartı almadan I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə təqdim etmək üçün əldə etdikləri ödəmə kartı ilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizə təqdim etmək üçün link: (ttps://eservices.tqdk.gov.az/erizebak/Qrup5_OI/PageParol.aspx?frm=egov

Qeyd edək ki, orta məktəbi bu il (2015-ci ildə) bitirən abituriyentlər 11-illik bazada kolleclərin müsabiqəsində buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 16-dan, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal tələbi qoyulmur) abituriyentlər iştirak edə bilərlər.


Müəllif: