4 Avqust 2015 11:32
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı cari ilin yanvar-iyun aylarında 53484 nəfər təşkil edib.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş 180 nəfərə və ya ailə üzvlərinə, 13402 şəhid ailəsinə, 18784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 320 nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmçinin Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunan 2240 nəfər, Böyük Vətən müharibəsi iştirakçısı olan 494 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 17480 nəfər Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.

Qeyd olunan dövrdə 406 nəfərə Azərbaycan Prezidentin fərdi təqaüdü ödənilib. Həmçinin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 57 nəfər hərbi qulluqçunun 62 nəfər ailə üzvünə də Prezident təqaüdü təyin olunaraq ödənilməsinə başlanılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər