Almaniyada “Uniklinika”da müalicəsini davam etdirən teleaparıcı Hacı Nuranın səhhəti yenidən pisləşib.
Teleqraf.com xəbər verir ki, teleaparıcı bu haqda “İnstaqram”da məlumat verib: “Özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir. Xəstəlik günü-gündən irəliləyir. Müalicəyə, ağır kimya terapiyasına dözməyə taqətim qalmayıb. Hələ qarşıda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım. Avstriyadan, Belçikadan, Fransadan, Hollandiyadan, İsveçdən, Rusiyadan dostlarım gəlmişdi. Bütün dostlarıma çox minnətdaram”.
Rəqsanə Həsənova