6 Oktyabr 2015 01:24
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmas xəttində gərginliyin artmasında erməni tərəfi də məsuliyyət daşıyır. Musavat.com-un məlumatına görə, bu barədə Vaşinqtondakı “Kornegi” fondunun analitiki Tomas de Vaal ermıni portalına müsahibəsində deyib.

Problemin həllinə xarici amillərin təsirinə toxunan analitik ilk növbədə Qərblə Rusiya arasındakı Ukrayna münaqişəsini qeyd edib: “Ukraynadakı müharibə Qarabağa dair sülh əldə edilməsi ehtimalını azaldıb. Minsk Qrupu həmsədrləri də indi “minimum-proqram”la – təmas xəttində atəşkəsin qorunması və prezidentlərin görüşünü təşkil etməyə çalışmaqla məşğuldur. Ancaq bu gün çox az adam Qarabağ probleminin real həllinə inanır”.

Xarici amillər sırasında Suriya böhranına toxunan de Vaal bildirib ki, Suriya ilə bağlı Rusiya ilə Qərb arasında bəzi ümumi məqsədlər olsa da, istənilən halda Qarabağ məsələsində çoxsaylı fikir ayrılıqları olacaq: “Məsələn, konkret hansı ölkə Qarabağda sülhməramlı missiyanı həyata keçirəcək”.

Ekspert həmçinin, narahatlıq ifadə edib ki, konflikt zonasında situasiya yaxşılaşmaq əvəzinə daha da pisləşə bilər. “Heç kim buna yetərincə diqqət ayırmır. Və hökmən təmas xəttində nəsə pis bir şey baş verməlidir ki, Vaşinqton və Paris əmin olsun ki, Moskva ilə əməkdaşlıq eləmək və diplomatik səyləri artırmaq lazımdır” - əlavə edib Tomas de Vaal.


Müəllif:

Oxşar xəbərlər