9 Oktyabr 2015 13:50
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hər bir ali təhsil müəssisəsi sağlamlıq imkanları məhdud tələbələrin təhsil ala bilməsi üçün xüsusi şəraitin yaradılması məsələsinə ciddi diqqət yetirməlidir.

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib.

C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi universitetlərin akkreditasiyası aparılan zaman bu məsələlərə diqqət yetirir və bundan sonra da yetirəcək: “Sağlamlıq imkanları məhdud uşaqlar, tələbələr üçün təhsil müəssisələrində xüsusi şəraitlər yaradılmalıdır. Yeni tikintilər aparıldıqda, təmir işləri görüldükdə bu məsələlərin nəzərə alınması dövlətin diqqətindədir”.


Müəllif: