3 Yanvar 2016 14:50
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Balakən qatarının hərəkəti bərpa olunub və artıq qatar paytaxta qayıdıb. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O qeyd edib ki, Bakıdan Balakənə gedən qatar dünən təxminən 9 saatlıq gecikmə ilə mənzilbaşına çatıb: "Bu gün isə 2 saatlıq gecikmə ilə paytaxta qayıdıb".

N.Əzməmmədov bildirib ki, hazırda bütün istiqamətlərdə qatarların yola düşməsi və geri qayıtması qrafikə uyğun şəkildə həyata keçirilir.


Müəllif: