4 Fevral 2016 11:41
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şairə Xanım İsmayılqızı sosial şəbəkədə dünən yazdığı şeiri paylaşıb. Teleqraf.com həmin şeiri təqdim edir:

Yuxuda çalınırdı o dünyanın zəngləri,
Telefon da göstərmir qəribə nömrələri.

Dəstəyin o üzündə sevdiyim doğma adam,
Çığırıb bağırdım ki, - Xəbər var o dünyadan...

Həsrətimin oduna su səpildi bir damla,
Oyandım... Çaşıb qaldım, danışırdım balamla...

Yuxuda çalınsa da o dünyanın zəngləri,
Yaddaşım oğurladı pozulan nömrələri.

Səsdə uçunub qaldım, bu səs məni əritdi,
Bir ana möhür vuran səsin məni kiritdi.

3 fevral, 2016.


Müəllif:

Oxşar xəbərlər