24 Fevral 2016 21:14
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Talassemiya Mərkəzində “dəyirmi masa” keçirilib. Tədbirdə “2011-2015-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası” üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyi vurğulanıb.

Xəstəlik barəsində məlumat verilib, talassemiyadan əziyyət çəkənlərin dövlətin diqqət mərkəzində olduğu vurğulanıb: “2011-2015-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı”nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikasına və əhalinin bu sahədə maarifləndirilməsinə istiqamətlənib. Hazırda mərkəzdə dispanser qeydiyyatda olan 2576 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur. Ötən il ərzində Respublika Talassemiya Mərkəzinə 19147 müraciət olub. Bunlardan 1998 ilkin müraciət etmiş şəxslərin 195-i dispanser qeydiyyatına götürülüb”.

Xəstəliyin müalicəsində də irəliləyiş əldə olunduğu bildirilib. Belə ki, “2011-2015-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası” üzrə Dövlət Proqramı çərçivəsində xəstəliyin radikal müalicəsi-sümük iliyi transplantasiya əməliyyatının keçirilməsi məqsədilə mərkəzin həkim, tibb bacısı və laboratoriya işçiləri Səhiyyə Nazirliyi tətəfindən təşkil olunmuş kurslara göndərilib. 2014-cü il may ayında ölkədə ilk dəfə allogen-qohum sümük iliyi transplantasiya əməliyyatı uğurla həyata keçirilib. Əməliyyatlarda donor-resipient cütlüyü baci və qardaş arasından seçilib. 2014-cü ildə 10, 2015- ci ildə isə 15 əməliyyat həyata keçirilib.

Mərkəzin laboratoriyası yeni avadanliqla təmin olunub və istifadədə olan cihazlar yenilənib. 2014-2015 illərdə mərkəzdə qabaqcıl laborator sinaq növləri də tətbiq edilib. Mərkəzin laboratoriyasında talassemiya xəstələrinə proqram üzrə nəzərdə tutulmuş laborator müayinələr olunur. 2015-ci ildə orta aylıq müayinələrin sayı 2150 olub. 2015-ci ilin oktyabr ayında ilk dəfə autotransplantasiya əməliyyatı həyata keçirilib. Aparılan bütün transplantasiya əməliyyatları dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilib.

Transplantasiya olunacaq xəstələrin HLA-tipləndirməsi aparılıb. Hazırda 252 nəfərdə HLA-tipləndirilməsi edilib və 19 cütlukdə tam uyğunluq alınıb.

Tədbirdə bildirilib ki, Ailə Məcəlləsində dəyişikliklər edildikdən sonra talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə cari ilin iyun ayından nigaha girən cütlüklərin müayinəsi təşkil olunur. Səhiyyə Nazirliyi tərəfindən regionlarda olan həkimlərin Talassemiya mərkəzinə ezam olunmaları ilə yanaşı, mərkəzdə çalışan həkimlərin də regionlara ezam olunaraq keçirdiyi görüşlər geniş əhali kütləsinin maariflənməsinə yönəlib. Talassemiya mütəxəssislərinin hazırlanması və vaxtaşırı elmi-praktik konfranslarda iştirakı bu xəstəliyin müalicə və müayinəsində dünya praktikasında istifadə olunan yeni üsulların oyrənilməsində böyük rol oynayır.

Naibə QURBANOVA


Müəllif: