Azərbaycanlı müğənni Çingiz Mustafayev "Ukraynanın Səsi" musiqi yarışmasında səhnəyə çıxıb.
Teleqraf.com xəbər verir ki, ifaçı yarışmada Gipsy Kingsin "Bamboleo" mahnısı ifa edib. İfa zamanı Çingizin gitarasında problem yaranıb. Buna baxmayaraq o, ifasına səhnədə olan musiqiçilərin müşayiəti ilə davam edib. Həmyerlimiz münsiflərin dördünü də döndərməyi bacarıb. Çingiz münsiflərdən Svyatoslav Vakarçuku seçərək onun komandasına daxil olub.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm