27 Aprel 2016 10:01
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 29-da Masallı şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda yalnız Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacağı bildirilir.
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 17) 28 aprel 2016-cı il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər