Bu gün Bakı Apelyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun apelyasiya şikayəti üzrə proses başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Ağabəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona 2 il 4 ay sınaq müddəti olmaqla cəzası şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Nazim Ağabəyov “Meydan” TV-nin təsisçisi Emin Millinin qaynıdır.
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanan Nazim Ağabəyovun üzərindən 6 qram narkotik vasitə-heroin aşkarlanıb.
Hacı Zeynalov