22 İyul 2016 01:25
7 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayon sakini, 1993-cü il təvəllüdlü Pərviz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Pərviz İsgəndərov 1998-ci il tarixdə anadan olan Arifə Əliyeva (ad və soyad şərti verilib) ilə dəfələrlə cinsi əlaqədə olub. Pərviz İsgəndərov 2014-cü ilin mayın 20-də Arifə Əliyevanın yaşadığı Göygöl rayonu Topalhəsənli kəndində evlərinə gəlib. O, gecəyarısı evlərinin həyətində olan bağda Arifə ilə görüşüb. Həmin vaxt Pərviz İsgəndərov Arifənin razılığı ilə onunla qeyri təbii yolla cinsi əlaqədə olub.

Gecəyarısı zorakılıq

Növbəti dəfə Pərviz Arifə ilə mayın 22-də, saat 24 radələrində həmin yerdə yenidən görüşərək, onunla cinsi əlaqədə olub. Bundan başqa, Pərviz İsgəndərov mayın 25-də və mayın 29-da gecə saatlarında yenə də Arifə ilə həmin yerdə görüşüb və onunla cinsi əlaqədə olub. Pərviz İsgəndərov Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib. Cinayət işi Göygöl rayon Məhkəməsində araşdırılıb.

“Arifənin 16 yaşına çatmamış olmasının fərqinə varmamışam”

Məhkəmədə ifadə verən Pərviz İsgəndərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 1993-cü il tarixdə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olub və 2014-cü ilin may ayında 21 yaşı olub: “Mənimlə eyni kənddə yaşayan 1998-ci il tarixdə doğulan Arifə Əliyevanın məndən yaşca kiçik olub. Buna baxmayaraq Arifənin 16 yaşdan kiçik olmasının fərqinə varmamışam”. Amma Pərviz İsgəndərov həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqının əvvəlində Arifə Əliyeva ilə cinsi əlaqədə olduğunu etiraf etsə də, o, sonradan ifadələrini dəyişib.

“Arifənin razılığı ilə cinsi əlaqədə olmuşam”

Pərviz İsgəndərov məhkəmə iclasının gedişində ifadəsini dəyişərək, Arifə Əliyeva ilə cinsi əlaqədə olmadığını deyib. Amma məhkəmə iclasının sonunda Pərviz İsgəndərov hakimə ərizə ilə müraciət edərək, Arifə Əliyeva ilə cinsi əlaqədə olduğunu etiraf edib. Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Arifə Əliyeva onun öz razılığı ilə 2014-cü ilin may ayında cinsi əlaqədə olub. O, əməlindən peşman olduğunu göstərib və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.

“Pərvizin vədinə inananmışam”

Zərərçəkmiş Arifə Əliyeva ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində Pərviz İsgəndərov bir neçə dəfə ona yaxınlaşaraq evlənmək istədiyini bildirib: “Lakin Pərvizin evlilik təkliflərinə etiraz etmişəm. Ona 15 yaşım olduğunu və ərə getmək niyyətində olmadığını demişəm. Evlənməklə bağlı Pərvizin vədinə inanandım. Buna görə də Pərvizlə cinsi əlaqədə olmağa razılıq vermişəm”.

“Hiss etdim ki, mənimlə evlənmək istəmir”

Zərərçəkmiş qeyd edib ki, Pərviz onunla bir neçə dəfə cinsi əlaqədə olandan sonra aralarında soyuqluq yaranıb: “Hiss edirdim ki, Pərviz məndən qaçır, mənimlə evlənmək istəyi boş vədlərdir. Buna görə də Pərvizin məni aldadaraq cinsi əlaqədə olması barədə hərəkələrini anama danışdım. Anam da Pərvizin hərəkətlərindən polisə şikayət etdi”.

Şərti cəza narazılıq yaratdı

Göygöl rayon Məhkəməsində aparılan araşdırmaların sonunda hökm elan edilib. Məhkəmə Pərviz İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 2 il sınaq müddəti olmaqla 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Hökümdən prokuror apelyasiya protesti verib. Prokuror protestində Pərviz İsgəndərovun həbs edilməsini tələb edib. həmçinin Pərviz İsgəndərovun vəkili apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

1 il 6 ay cəza

Tərəflərin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında tərəflərin şikayətini araşdıran hakim kollegiyası sonda qərara elan edib. Qərara görə, prokurorun protesti təmin edilib və Pərviz İsgəndərovun barəsində çıxarılan hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsi çıxarılıb. Məhkəmə Pərviz İsgəndərovun cəzasını 1 il 6 aya qədər artırıb.

Pərviz İsgəndərovun barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və onun barəsində həbs qəti imkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib və cəzasının əvvəli 16 iyun 2015-ci ildən hesablanması barədə qərar qəbul edilib.

Həmin qərardan Pərviz İsgəndərovun vəkili Tofiq Nuriyev şikayətçi olub. O, Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cinayət işinin yenidən apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Vəkilin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Kasasiya şikayəti hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Zərərçəkmiş öz yaşını dəqiq bilmir”

Pərviz İsgəndərovun vəkili Tofiq Nuriyev bildirib ki, müdafiə etdiyi şəxs Arifə Əliyevanın özünün razılığı ilə cinsi əlaqədə olub: “Arifə Əliyevanın həmin vaxt 16 yaşına çatmaması Pərvizə məlum olmayıb. Arifə Əliyeva həmin vaxt yaşının 15 olması barədə ona bildirməyib və o xarici görkəmindən də 16 yaşına çatmış kimi görünüb. Bundan başqa, Arifə Əliyeva Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Dövlət komitəsinin sədrinə ünvanlanmış məktubunda 1997-ci il tarixdə anadan olduğunu göstərib. Yəni o özü öz yaşını dəqiq bilməyib. Məhkəmələr Pərviz İsgəndərovun Arifə Əliyevanın 16 yaşına çatmasını bilməsini təsdiq edən mötəbər sübutlar olmadığı halda onun barəsində əsassız nəticəyə gəliblər. Göstərdiyim faktlara əsasən kasasiya şikayətinin təmin edilməsini xahiş edirəm”.

Dövlət ittihamçısı müdafiə tərəfinin kasasiya protestinin təmin edilməməsini istəyib. Tərəflərin fikirlərini dinləyən hakim heyəti kasasiya şikayətinin təmin edilməməsi barədə qərara qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər