3 Avqust 2016 19:22
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda evdən oğurluq edən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, cari il yanvarın 12-də Elmir Hacıyevə məxsus evdən pul və 2450 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Elmir Hacıyev baş verən oğurluq hadisəsi ilə bağlı Cəlilabad rayon polis şöbəsinə müraciət edib.
Araşdırmalar zamanı məlum olub ki, oğurluğu Bakının Nəsimi rayonunda qeydiyyatda olan Ruslan Məmmədov törədib. Bu səbəbdən Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət olunub.
Birgə keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər