Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, 1994-cü il təvəllüdlü M.Əliyev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə F.Hüseynov şübhəli bilinir, o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.