4 Sentyabr 19:29
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.

Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər