Bakının Nərimanov rayonunda oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Taleh Məlikov tutulub.
Taleh Məlikovun ötən il dekabrın 16-da Bakı şəhər sakini Simuzər Əliyevanın cibindən 100 manat pul və sənəd, cari il aprelin 8-də isə Şaiq Rəsulova məxsus “MAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov