5 Avqust 2016 10:55
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Toğrul Məmmədov naməlum şəraitdə bıçaqlanıb. O, Şəmkir rayon mərkəzi xəstəxanasına gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisənin kimin tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər