22 Avqust 2016 12:07
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan şəhərində qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Təbriz Xəlilbəyli küçəsindən yerləşən evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan 33 yaşlı Gülnarə Qurbanovanın meyiti aşkar olunub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yoxlama aparılıb.

Gülnar Qurbanovanın boğularaq öldürüldüyü məlum olub. Onu kimin və hansı səbəbdən qətlə yetirdiyi məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, apaşdırılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər