23 Avqust 2016 10:04
1 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda qətl hadisəsi törədilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü Qacay Şahverənov atası, 1972-ci il təvəllüdlü Nadir Şahverənovu ov tüfəngindən açdığı atəş nəticəsində öldürüb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər