24 Avqust 2016 13:54
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov tərəflərin suallarını cavablandırıb.

İclasda təqsirləndirilən Abbas Hüseynovla İslam Ağabəyov arasında mübahisə yaranıb. Abbas Hüseynov onu hədələyib.

Bu zaman təqsirləndirilən şəxslər və onların prosesdə olan qohumları da İslam Ağabəyova etiraz ediblər. Hakim isə proses iştirakçılarına və zalda oturanlara xəbərdarlıq edib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər