29 Avqust 2016 17:22
1 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Kəndə bir neçə nəfərin iştirakı ilə kütləvi dava olub. Dava zamanı kənd sakini, 61 yaşlı Rizvan Əliyev bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.

Rizvan Əliyev hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər