1 Sentyabr 2016 10:38
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda Türkiyə vətəndaşına qarşı cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə avqustun 29-da, gecə saat 03.40 Sarayev küçəsi ilə M.Hadi küçəsinin kəsişməsində qeydə alınıb.

Həmin yerdə naməlum şəxs Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Şaşmaz Gökmən Osman oğlunu döyərək onun 200 manatını alıb.

Ancaq elə oradca həmin şəxs Xətai rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, barəsində tədbir görülməsi üçün Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə təhvil verilib.

Bölmədə aparılan araşdırma zamanı məlum olub ki, Türkiyə vətəndaşına qarşı cinayəti törədən şəxs Göyçay rayonun Ləkçilpaq kənd sakini, 1996-ci il təvəllüdlü Şahmar Kərimovdur.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: