8 Sentyabr 2016 13:32
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində lisenziyası ləğv olunmuş “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması barədə məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Elnur Seyidovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, Qaradağ rayon məhkəməsində Elnur Seyidovun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması ilə bağlı müraciətinə baxılarkən bir müddət əvvəl tibbi ekspertiza təyin olunduğu açıqlanıb. Ekspertizanın nəticələrinə əsasən Elnur Seyidovun səhhəti cəzaçəkmə müəssisəsində cəza çəkməyə imkan verir.

Məhkəmə onun müraciətini təmin etməyib. Bundan sonra Elnur Seyidov apelyasiya şikayəti verib.

Elnur Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Hacı Zeynalov


Müəllif: