22 Sentyabr 2016 12:33
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları Gülnaz Dadaşovanı münaqişə zəminində həmyerlisi Elman Əhmədov döyərək qətlə yetirdiyini müəyyən ediblər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçən prosesdə prokuror Elman Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmişin hüquqi varisi çıxışında təqsirləndirilən şəxsə ömürlük həbs tələb edib.

Elman Əhmədovun vəkili müdafiə çıxışında müvəkkilinə bəraət hökmü, təqsirləndirilən şəxs isə çıxış üçün vaxt istəyib.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər