23 Sentyabr 2016 16:07
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilən kriminal avtoritet Elmir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə işə baxılır.

Prosesə hakim Zeynal Ağayev sədrlik edir.

Növbəti iclas sentyabrın 30-da keçiriləcək.

Elmir Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham olunub. O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib.

Elmir Məmmədov kriminal aləmdə “Siqan” ləqəbi ilə tanınır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər