10 Oktyabr 2016 15:38
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis əməkdaşlarına hücum olub.

Hadisə Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb.

Polis əməkdaşları qeyd olunan ərazidə xidmət apararkən 4 nəfər şəxsin ictimai yerdə yüksək səslə, əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görüb, özlərini onlara təqdim edərək intizama dəvət ediblər. Həmin şəxslərdən biri, 1992-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Araz Məmmədov üzərindəki elektroşok cihazını çıxararaq polis əməkdaşlarına yönəldib.

Polis əməkdaşları onu və Kürdəmir rayon sakinləri - 1996-cı il təvəllüdlü Kənan Vəliyevi, 1990-cı il təvəllüdlü Fərahim Süleymanovu və Ağcabədi rayon sakini 1990-ci il təvəllüdlü Namiq İsmayılovu polisin qanuni tələbinə riayət etməyə dəvət etdikdə

Araz Məmmədov bu dəfə üzərində olan bıçaqla hücüm edərək qanun qoruyucularına xəsarət yetirməyə cəhd göstərib.

Hər iki hücumun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Sonradan məlum olub ki, dörd nəfərdən Araz Məmmədov və Fərahim Süleymanov əvvəllər məhkum olunmuş şəxslərdir.

Onların hamısı tutulub. Faktla bağlı araşdırma aparılır ("Report").


Müəllif:

Oxşar xəbərlər