17 Oktyabr 2016 12:33
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

İttihama görə, Leyla Əkbərova Binəqədi rayon Polis İdarəsi narkotiklərlərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Leyla Əkbərova vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə şahid qismində İlhamə Əhmədova ifadə verib. O, bildirib ki, kiminsə pul alması və ya pul verməsinin şahidi olmayıb: "Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Anara xanımla qonşu olmuşuq. Leyla xanım məni çağırıb dedi ki, hardasa işim var, bir yerdə getdik, ama mən içəri girmədim. Hansısa rayonun "Sobez"i idi. Anara ilə Leyla özü küncədə danışırdılar, mənim məsələdən xəbərim olmurdu. Sonra da Anara və Leyla ilə birlikdə kafeyə gedib yemək yedik, yadmda deyil ki, nə danışdıq".

Zərərçəkmiş Anara Məmmədova deyib ki, İlhamə Əhmədova özünü "Sobez" işçisi kimi təqdim edib. Şahid bunu təsdiqləyib və əlillərə qulluq etdiyini deyib.

Məhkəmə prosesi oktyabrın 26-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər