25 Oktyabr 2016 11:20
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Tural Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi bu il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. Hadisədən dərhal sonra polisə gələrək təslim olub. İlkin ifadəsində o, həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb.


Tural Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər