Lənkəranda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Boladı kəndində vətəndaşa məxsus umumi sahəsi 221 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.