6 Noyabr 2016 18:39
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə piyadavurma hadisəsi baş verib.

Teleqraf.com ARB Kəpəz-ə istinadla xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Aydınbəyov küçəsi, bina 53, ev 24-də yaşayan 28 yaşlı Elxan Binnətov, həyat yoldaşı, 26 yaşlı Aygül Adıgözəlova və onların iki azyaşlı uşağı piyada keçidi ilə yol keçmək istəyərkən avtomobil onları vurub.

Xəsarət alan şəxslər dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Elxan Binnətova sol budun əziyi, qadına isə ənsə nahiyəsinin hematoması diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Yaralanan hər iki uşağa lazımı tibbi yardım göstərildikdən sonra Gəncə Şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına göndəriliblər. Vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: